Maraqlı

Toyota Estima minivanın istehsalını dayandıracaq

10 Sentyabr 2019 21:15
0 Şərh     Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toyota şirkətinin nümayəndələri son 13 il ərzində bazarda mövcud olan Toyota Estima modelinin satışını dayandırdıqlarını elan ediblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu qərarın səbəbi dünya bazarında minivana olan tələbatın kəskin şəkildə azalmasıdır. Həmin seqmentin avtomobillərinə tələbat da tədricən azalır. Bundan başqa, əvvəllər ekspertlər dəfələrlə qeyd ediblər ki, Toyota dünya bazarında daha yüksək tələbat olan daha perspektivli avtomobillərlə məşğul olacaq.

Toyota şirkəti son yarım ildə göstərilən modelin 790-dan artıq avtomobilini satıb, lakin bu həcmlər minivan buraxılışında işi davam etdirmək üçün kifayət deyil. İnsayderlər gələcəkdə bazarda daha geniş modelin meydana gələ biləcəyini proqnozlaşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.