Maraqlı

Apple şirkəti Touch ID texnologiyasını iPhone'lara geri qaytaracaq

10 Sentyabr 2019 08:41
0 Şərh     Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple şirkəti Touch ID texnologiyasını yenidən iPhone modellərinə inteqrasiya edəcək. Lakin bu məsələ 10 sentyabr tarixində təqdim ediləcək yeni iPhone modellərinə şamil olunmur. Çox güman ki, şirkət Touch ID texnologiyasını iPhone-lara ya 2020-ci ildə ya da 2021-ci ildə inteqrasiya edəcək. Bu barədə Bloomberg saytı xəbər verib. Sözügedən gedən texnologiya smartfon ekranına inteqrasiya ediləcək və istifadəçi barmağının istənilən ekran hissəsinə toxunuşuna reaksiya verəcək.

Apple şirkəti Touch ID texnologiyasını iPhone'lara geri qaytaracaqbu texnologiya həm şirkət daxilində həm də Apple üçün smartfon komponentlərini istehsal edən istehsalçılar daxilində test olunur. Qeyd etmək lazımdır ki, Touch ID texnologiyası ilk dəfə 2013-cü ildəki iPhone modellərində ortaya çıxmışdı və fiziki Home düyməsinə inteqrasiya edilmişdi. Lakin 2017-ci ildə şirkət həmin texnologiyanı Face ID texnologiyası ilə əvəz etmişdi.

Bütün sonuncu iPhone və iPad Pro modelləri məhz Face ID texnologiyası ilə təchiz olunurlar. Touch ID texnologiyası isə yalnız iPad Air ilə MacBook Pro modellərində reallaşdırılır. Bloomberg-in verdiyi məlumata əsasən gələcək iPhone modellərində həm Touch həm də Face ID texnologiyaları olacaq. Bloomberg həmçinin təsdiqləyib ki, şirkət iPhone SE-nin davamçısı olacaq büdcəli iPhone modelini istehsal etməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.