Maraqlı

7 ölkədə 27 milyon insan...

4 Sentyabr 2019 02:30
0 Şərh     Baxış: 1 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hökumətlərarası İnkişaf Agentliyinin (IGAD) Afrika təşkilatı və Ərzaq Təhlükəsizliyi üzrə İnformasiya Şəbəkəsinin (FSIN) məlumatına görə, Afrikanın 7 ölkəsində 27 milyon insan aclıqla üz-üzədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda dünya əhalisinin 24 faizi ərzaq qıtlığı problemi ilə qarşılaşıb. Lakin Afrikanın yeddi ölkəsində - Cibuti, Efiopiya, Keniya, Somali, Sudan, Cənubi Sudan və Uqandada vəziyyət daha ağırdır. Bu ölkələrdə 27 milyon insan aclıq təhlükəsi ilə qarşılaşıb. Hesabat müəllifləri bildirirlər ki, Şərqi Afrikada acınacaqlı vəziyyətin yaranmasının səbəbləri iqlim dəyişikliyi nəticəsində quraqlığın artması, silahlı münaqişələr və iqtisadi tənəzzüldür.

Qeyd olunur ki, 2018-ci ildə Afrikanın kəskin ərzaq çatışmazlığından ən çox əziyyət çəkən ölkələri Efiopiya (8,1 milyon insan), Sudan (6,2 milyon) və Cənubi Sudan (6,1 milyon) olub. "Sudanda əhalinin 59 faizi, yaxud hər on nəfərdən altısı aclıqla üz-üzədir və onlara təcili ərzaq yardımı göstərilməlidir. Somalidə hər beş nəfərdən birindən çoxu (əhalinin 22 faizi) da kəskin qida çatışmazlığından əziyyət çəkir", -deyə hesabatda bildirilir.

IGAD-ın icraçı katibi Mahbub Maalim bu ölkələrdə aclıq və epidemiyaların qarşısını almaq üçün beynəlxalq təşkilatlara və donorlara müraciət ünvanlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.