Maraqlı

Çin şirkəti 226 min avtomobili geri çağırır

2 Sentyabr 2019 19:09
0 Şərh     Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin iri avtomobil istehsalçılarından olan "Brilliance Auto" 226 min avtomobili yanacaq nasosundakı nasazlığa görə geri çağırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Oktyabrın 1-dən başlayacaq geriçağırma prosesi 2010-2014-cü illərdə istehsal olunan "Brilliance V5", "Brilliance H530", "Brilliance Junjie FSV" və "Brilliance Junjie FRV" avtomobillərini əhatə edəcək.

Administrasiya mütəxəssislərinin qənaətinə görə, həmin avtomobillərin yanacaq nasosundakı nasazlıq yanacaq sızmasına, o da öz növbəsində, yanğının meydana gəlməsinə səbəb ola bilər. "Brilliance Auto" nasaz detalları öz hesabına dəyişəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.