Maraqlı

Çimərliklərdə timsahları dronla izləyəcəklər

28 Avqust 2019 14:11
0 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyada çimərliklərin yaxınlığında timsahların hərəkətini izləmək üçün süni intellektli dronlardan istifadə olunmağa başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kvinslend ştatının Texnologiya Universitetinin əməkdaşlığı ilə "Little Ripper Group" kompaniyasının hazırladığı bu qurğular Avstraliya sahillərindəki okean sularında yaşayan 16 müxtəlif heyvan növünü, o cümlədən köpəkbalığını fərqləndirə bilir.

Təhlükəli obyekt aşkarlandığı zaman dronda həyəcan siqnalı və səsgücləndiricilər işə düşür, təhlükə ilə üzləşən üzgüçülərə havadan xilasetmə vasitələri atılır. İlk vaxtlar innovativ dronlardan Kvinslend çimərliyi səmasında istifadə olunacağı gözlənilir.

Timsahlar hər il yer üzərində 2 mindən çox insanın ölümünə səbəb olur. Ekspertlərin hesablamalarına görə, Avstraliyada, əsasən də ölkənin şimalında 200 minə yaxın timsah var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.