Maraqlı

Pişiyin ayağı telefona dəydi, qızın çəkdirdiyi lüt şəkillər internetə düşdü - And içirəm ki, mən etməmişəm... - FOTO

27 Avqust 2019 11:59
6 Şərh     Baxış: 9 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə maraqlı olay yaşanıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin Derbişir qraflığında yaşayan 27 yaşlı model Serenna Derosanı pişiyi pis vəziyyətdə qoyub.

Belə ki, modelin iddiasına görə almaq istədiyi "Audi" avtomobilinin "Facebook" səhifəsinə mesaj yazdıqdan sonra telefonu kilidsiz halda mətbəxə qoyaraq başqa otağa keçib. Bu əsnada pişik telefonu oynadaraq telefondakı son şəkilləri həmin səhifənin "inbox"una göndərib.

"The Sun"a açıqlama verən model baş verənlərin uydurma olmadığına inandırmağa çalışıb:

"And içirəm ki, göndərilən şəkillərdən xəbərim yoxdur, mən mesaj yazıb, kofe içməyə getmişdim, qayıdanda gördüm ki, Anqel adlı pişiyim axırıncı çəkdirdiyim lüt şəkillərimi həmin səhifəyə göndərib. Mesajları görəndə üzr istədim, ölmək istəyirəm", - deyə Serenna söyləyib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.