Maraqlı

Alimlər 3D çap vasitəsilə mərcan qayalarını bərpa edirlər

27 Avqust 2019 07:55
0 Şərh     Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Texnologiya İnstitutu və Bar-İlan Universitetinin alimlərindən ibarət tədqiqatçılar qrupu 3D çap vasitəsilə bütün dünyada mərcan qayalarının bərpası üçün bir sistem yaradıblar. Bu sistem vasitəsilə ətraf mühitin və suyun temperaturunun təsirinə məruz qalmayacaq süni mərcan qayaları hazırlamaq mümkündür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mərcan qayaları mütəmadi olaraq məhvə məruz qalır. Bunun bir çox həm təbii, həm də antropogen səbəbləri vardır. Tədqiqatçılar bunun əsas səbəblərindən biri kimi iqlim dəyişikliyini göstərirlər.

Yeni yaradılan texnologiya hazırda İsrailin Eylat sahillərində tətbiq olunur. Tədqiqatçıların sözlərinə görə, 3D çapının köməyilə zəngin sualtı ekosistemi bərpa etmək mümkün olacaq.

Çap olunmuş 3D qayalar təbii mərcan qayalarını təqlid edərək müxtəlif növ balıqların diqqətini çəkə biləcək. Alimlərin fikrincə, balıqlar bu süni mərcan qayalıqlarında çox asanlıqla məskunlaşa bilər.

Suda quraşdırılan 3D printerdə polilaktik kimyəvi turşusundan, qarğıdalıdan hazırlanan bioloji aktiv bioplastikadan, maniokdan və şəkər qamışından istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.