Maraqlı

Jerar Depardye Brejnev rolunda

26 Avqust 2019 14:24
0 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransalı məşhur aktyor Jerar Depardye "Paris yazı" hadisələrinə həsr olunmuş filmdə SSRİ-nin Baş katibi Leonid Brejnevin rolunu oynayacaq.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, filmin premyerası 2022-ci ilin əvvəlində baş tutacaq.

"Jerar Depardye ilə artıq müqavilə imzalanıb" filmin prodüser Andrey Antonio Leka "Frekvence 1" radiosuna açıqlamasında deyib.

Filmin detalları cari ilin sentyabrında  Parisdə müzakirə olunacaq. Filmin rejissoru Lordan Zafranoviç olacaq.

Film çexoslovakiyalı siyasi xadim Aleksandr Dubçekanın 1968-cı ildə həyata keçirdiyi ictimai-siyasi islahatlarından bəhs edir və bu hadisələr "Pariz yazı" adını alıb. Çexoslavakiyada həyata keçirilən liberallaşdırılma siyasəti SSRİ, Polşa, ADR,Bolqarıstan və Macarıstan hakimiyyəti narazı olub.

Məhz bundan sonra SSRİ Çexoslavakiyaya qoşun yeridib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.