Maraqlı

Qonşu ölkədə ölümcül epidemiya yayıla bilər - Həyəcan siqnalı çalınıb

25 Avqust 2019 10:36
0 Şərh     Baxış: 2 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın mərkəzi hissəsində ağcaqanadların populyasiyasının dəyişməsi ilə əlaqədar ölümcül tropik xəstəlik yayıla bilər.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, epidemioloqlar Misirdən və Cənub Şərqi Asiyadan gələn təhlükəli həşəratların Denge, Çikungunya, Zika və sarı qızdırma viruslarının daşıyıcıları olduqlarını, bütün Qara dəniz sahillərində və Krımda yayıldığını bildiriblər.

Qeyd olunur ki, cənub bölgələrində artıq müəyyən xəstəliklərin yayılması qeydə alınıb. Alimlər xəbərdarlıq edirlər ki, ağcaqanadın bir turisti belə sancmasından sonra epidemiya bütün bölgəni əhatə edə bilər.

Elm adamları bildirib ki, qlobal istiləşmə ilə əlaqədar olaraq, Rusiyanın cənubuna iki növ ağcaqanad - "Aedes aegypti" və "Aedes albopictus" köç edib. Birinci növ ayaqları və arxasındakı ağ işarələr, ikincisi isə ləkəli qarın və ayaqlarda qara və ağ zolaqlar ilə asanlıqla tanınır. Hər iki növ, insanlarda və heyvanlarda daxili orqanlara ciddi ziyan vuran "Dirofilaria" cinsinin filamentoz qurdlarının sürfələrini də daşıyır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.