Maraqlı

NASA kosmosda ilk cinayət işi ilə bağlı təhqiqat aparır

25 Avqust 2019 07:22
1 Şərh     Baxış: 633

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) kosmosda baş verdiyi iddia olunan ilk cinayət işi ilə bağlı təhqiqat aparır. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, amerikalı qadın astronavta qarşı Beynəlxalq Kosmik Stansiyada olduğu müddətdə - kosmik fəzada keçmiş ərinin bank hesabından pul qəbul etməsi ilə bağlı ittiham irəli sürülüb.

New York Times qəzetinin yazdığına görə, astronavt Enn Makkleyn Beynəlxalq Kosmik Stansiyada olduğu müddətdə pul köçürməsi aldığını təsdiq edib, lakin bunun cinayət olmadığını bildirib. Onun keçmiş həyat yoldaşı isə ABŞ-ın Federal Ticarət Komissiyasına şikayət edib. Astronavtın vəkili isə bildirib ki, onun ailə üzvlərinin pul vəsaitinin köçürülməsi ilə bağlı etibarnaməsi olub və burada heç bir cinayət yoxdur. O, Makkleynin istintaq ilə də əməkdaşlıq etdiyini əlavə edib.

Bu iddialarla bağlı NASA-nın tərkibindəki xüsusi təhqiqat komissiyasının araşdırma apardığı bildirilir. Digər tərəfdən, hüquqşünaslar bir şəxsin kosmosda cinayət törətməsi ilə bağlı ilk halla qarşılaşıblar və bu halın hüquqi məsuliyyəti üzrə mübahisələr aparırlar.

Qeyd olunur ki, Enn Makkleyn ABŞ Hərbi Hava Qüvvələrinin ən təcrübəli pilotlarından biridir və bu qadın İraq müharibəsində 800 döyüş saatı keçirib. O, 2013-cü ildə NASA-da təlimlərə cəlb olunub və kosmik missiyanın tərkibində Beynəlxalq Kosmik Stansiyanın Amerika seqmentinə göndərilib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Yerbəyi · 25 Avqust 11:2601

    Kosmosa uçmaq özü elə cinayətdir!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.