Maraqlı

Macarıstanın parça kəsmiyi Avropa Komissiyasının himayəsi altındadır

23 Avqust 2019 17:44
0 Şərh     Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Komissiyası bu günlərdə ənənəvi macar məhsulunu - parça kəsmiyi bir növ himayəyə götürmək qərarına gəlib. Bu məqsədlə süd istehsalı üzrə "Hungate" həmkarlar ittifaqı təşkilatı və Macarıstan Süd Məhsulları Şurası tərəfindən məruzə hazırlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avropa İttifaqı yalnız tərkibində ənənəvi inqrediyentlər olan, yaxud nəsildən-nəslə ötürülən ənənəvi istehsal prosesinə malik məhsullar barəsində belə tədbirlər görür. Macar parça kəsmiyinin xoş turşməzə, eyni zamanda tər şirəli dadı var. Gözəl ətirlidir, gül kələmini xatırladan yumşaq topacıqlar şəklindədir. Porsiyalara ayrılma və qablaşdırma prosesi boyu bu topacıqlar pozulmur. Bir neçə ənənəvi yemək var ki, onların hazırlanması üçün məhz bu cür parça kəsmik lazımdır. Parça kəsmik Macarıstan qastronomiyasının əsas inqrediyentidir. Macarlar belə kəsmikdən salatların, habelə müxtəlif desertlərin, o cümlədən kəsmikli blinlərin, piroqların, ştrudellərin, pastaların, poqaççaların hazırlanmasında istifadə edirlər. Bu cür yeməklər dadlı və çeşidli olmaqla bərabər, həm də çox faydalıdır.

"Turizmus Online" saytında yerləşdirilən məlumatda deyilir ki, "Hungate" həmkarlar ittifaqı təşkilatı və Macarıstan Süd Məhsulları Şurası Avropa Komissiyası ilə əməkdaşlığa və qarşıya qoyulan məqsədin əldə edilməsinə görə ölkənin kənd təsərrüfatı nazirinə və bu idarənin ekspertlərinə təşəkkür ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.