Maraqlı

Bu lüks markalar Rusiyada rekord satışlar edib

24 Avqust 2019 22:25
0 Şərh     Baxış: 1 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lüks fashion-brendlərin 2018-ci ildə Rusiyada gəlirlərində artım müşahidə olunub.

Milli.Az facemark.az-a istinadən bildirir ki, bu haqda RBK nəşri bu kompaniyaların Rusiya bölməsinin hesabatına istinadən yazıb.

Demək olar ki, ötən il ölkə ərazisindəki bütün lüks brendlərin nəticələri ən azı 2014-cü ildən bəri ən yaxşısı olub. Gəlirlərdə ən yaxşı artım əlbəttə ki, hər il müşahidə olunan yüksəliş hesab olunur. Məsələn, "Dior"un gəlirləri 935 milyon rubldan çox, "Tiffany"də 852 milyon rubldan çox olub. Daha təvəzökar göstəriciləri isə "Bvlgari" 416 milyon rubldan çox, "Prada" 414 milyon rubldan çox, "Chanel" 291 milyon rubldan çox olub. "Louis Vuitton Moët Hennessy"nin Rusiya bölməsinin gəlirləri isə ötən il rekorda yüksəlib. 7,027 milyard rubldan 9,36 milyard rubla qədər.

Qeyd etmək yerinə düşər ki, "Fashion Consulting Group"nun (FCG) məlumatına görə, 2018-ci ildə Rusiyada lüks moda brendlərinin satışları 5% artaraq, 248 milyard rubla çatıb. "Deloitte"nin məlumatına görə isə Moskvada istehlakın 70%-i lüks malların payına düşür.

"Bain & Company"nin hesabatında deyilir ki, ötən il qlobal şəxsi lüks əşyalar bazarı rekord göstəriciyə 260 milyard avroya çatıb. Onların analitiklərinin sözlərinə görə, lüks əşyalar arasında daha çox artım göstərən ayaqqabı, zərgərlik məlumatları (hər seqment üzrə 7%), daha sonra çanta və kosmetika olub. Saatların satışı əvvəlki səviyyədə qalıb, geyim də isə qlobal satışlar düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.