Maraqlı

50 milyon dollarlıq toylar

23 Avqust 2019 16:04
0 Şərh     Baxış: 1 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Türkiyədə 20 hindistanlı toy məclisi qurub və bu toylara toplam 50 milyon dollar pul xərclənib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu maraqlı informasiyanı Türkiyədəki hind toylarını təşkil edən İnventum Global-ın nümayəndəsi Bünyad Özpak deyib.

Özpak əlavə edib ki, 2018-ci ildə Türkiyədə 13 hind toyu təşkil olunub: "Bu il artım qeydə alınıb. 20 toyun təşkili üçün 50 milyon dollar xərclənib. Bu maliyyə təyyarə, otel, yer xidməti, əyləncə və işıq effektlərinə xərclənib".

Mütəxəssis əlavə edib ki, hindlilər xaricdə toy təşkil üçün daha çox Tailand, Malayziya və Sinqapuru seçirlər: "Əgər biz özümüzü yaxşı ifadə edə bilsək, illik 20 deyil, 100 toyu təşkil edə bilərik. Toy üçün bir günə 500 min dollardan 100 milyon dollara qədər vəsait xərcləyən ailələr var. Maliyyənin üst limiti yoxdur. Hindistanda toy mərasimi önəmli yer tutur. Hind toyları üçün Hindistanda və xarici ölkələrdə ildə 40 milyard dollara qədər pul xərclənir".

Xatırladaq ki, hindlilər toy mərasimlərini əsasən, Türkiyənin Antalya, Bodurum və Kapadokiya şəhərlərində təşkil etdirirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.