Maraqlı

Tesla Günəş ətrafındakı ilk dövrünü tamamladı

26 Avqust 2019 08:25
1 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlon Mask, 6 fevral 2018 tarixində ilk "Falcon Heavy"ni kosmosa göndərdi. Bu tarix, yalnız SpaceX üçün deyil, eyni zamanda Tesla üçün də son dərəcə əhəmiyyətli bir tarix oldu. Çünki İlon Mask, bir Tesla Roadsteri kosmosa göndərdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İlon Mask, 2018-ci ilin fevral ayında SpaceX ilə birlikdə bir Tesla Roadsteri kosmosa göndərmişdi. İçindəki manekenə 'Starman' adını verən İlon Mask, Starmanı kosmosa yola salmışdı və bu yola salmanın ardından 558 gün kimi bir müddət keçdi. Bu da Starmanın olduğu mövqedə bir il demək olur.

Günəş ətrafındakı ilk dövrünü tamamlayan Starman, 1,228,354,453 km bir yolu qət etdi.

Vasitənin qət etdiyi yol göz qarşısında saxlanılacaq olarsa, Tesla Roadsterin Dünya üzərində olan bütün yolları 33,8 dəfə qət edəcək qədər yol aldığını söyləyə bilərik.

Bu an Marsa doğru yaxınlaşan vasitə, saatda 41 min 740 kmlik bir sürətlə səyahət edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.