Maraqlı

Facebook, Instagram reklamlarını artırmağa hazırlaşır

26 Avqust 2019 08:41
0 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnstagram-da çox sayda reklam olduğunu hər gün görürük. Yayılan məlumatlara görə, Facebook, Instagram-ın reklam nisbətinin keçən il ilə müqayisədə iki qat artırılmasını əmr edib.

Milli.Az chip.az-a istinadən bildirir ki, "The Information" da yayımlanan məlumata görə, Facebook rəhbərləri keçən il İnstagramdakı reklam nisbətlərinin sayını "təxminən iki qat" artırmağı tapşırmışdılar. Hesabatda Facebook-un son iki ildə İnstaqram üzərində daha böyük nəzarəti, şirkətin tətbiqetmənin adını dəyişməsi və İnstaqramın trafiki ilə məşğul olmaq planı da daxil olmaqla bir çox təfərrüatlar yer alıb. Ancaq bu detalların ən diqqət çəkicisi Facebook rəhbərlərinin İnstaqrama reklam sayını artırmağı tapşırmasıdır.

Şirkətin CEO-su Mark Zuckerberg, İnstagram-ın 'Kəşf et' bölməsini, tətbiqlərin reklam yükünü azaltmaq üçün bir fürsət olaraq dəyərləndirmişdir. İnstagram reklamları bu ilin iyun ayına qədər kəşf et bölməsinə daxil olmamışdı, amma iyun ayında edilən yenilənmə ilə reklamlar kəşf et bölməsində görünür.

Facebook reklamlar sayəsində inanılmaz pul qazanır, lakin bu gəlirlərdə Instagram-ın payı Facebook ilə müqayisədə aşağı olaraq qalır. Facebook, Instagram-ın reklam gəlirini Facebook-a yaxınlaşdırmaq istəyir. Bu səbəbdən son vaxtlar daha çox reklam görürük.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.