Maraqlı

Canlı olaraq davranan robotlar yaxın zamanda gərçək olacaq

26 Avqust 2019 08:21
0 Şərh     Baxış: 1 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Robotların qərar qəbul edə bilməsi, ətraflarına uyğunlaşması və canlılar kimi öyrənmələri üçün əhəmiyyətli bir irəliləyiş əldə edilib. Tədqiqatçılar robot materiallarında hesablama imkanlarını emal etmək üçün yeni bir yol tapıblar.

Milli.Az chip.az-a istinadən bildirir ki, Bristol Universitetinin tədqiqatçıları robotların qərar vermək, ətraf mühitə uyğunlaşma və hesablamaları robot materiallarına daxil etməklə öyrənmə qabiliyyətini artırmağa müvəffəq olublar. Bu iş robotların bir çox sahədə istifadəsinə imkan verəcək.

Bristol Mühəndislik Fakültəsinin professoru Jonathan Rossiterin komandası üç yumşaq robot arasında məlumat ötürə bildi. Mövzuyla əlaqədar yayımlanan məqalədə, SMC və sonrakı nəsil robotların keçirici maye reseptorları (CFR) sayəsində məlumatları daha yaxşı toplaya və emal edə biləcəyi məlum oldu. Aşağıdakı diaqram bənzər bir heyvanın bu quruluş vasitəsilə necə edilə biləcəyini təsvir edir.

Bu kəşflərlə ətraf mühitə nəzarət, çirklənmə ilə mübarizə, dərman müalicəsi, protezlər, köhnəlmiş biosensor texnologiyaları və özünü müalicə materialları əldə edilə bilər.

Tədqiqat Science Robotics jurnalında yayımlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.