Maraqlı

Trampı dəstəkləyən gözəlin tacı əlindən alındı

23 Avqust 2019 09:14
0 Şərh     Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da model Keti Uilyamsın "Miss Nevada" titulu əlindən alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı modelin müsabiqə bitdikdən sonra sosial şəbəkədə ştat qalibinin (Nevada) rəsmi səhifəsində etdiyi bir neçə siyasi paylaşım olub. Antifaşist hərəkatını terrorizm adlandıran və feminizmi tənqid edən Uilyams ABŞ prezidenti Donald Trampla həmrəylik nümayiş etdirib.

Təşkilatçılar hesab edir ki, iştirakçılar siyasi məsələlərə toxunmamalıdır. Onların sözlərinə görə, Uilyams eyni paylaşımları şəxsi hesabında rahat şəkildə yerləşdirə bilərdi.

"Miss Nevada" titulu əlindən alınan model "Miss Amerika" müsabiqəsindən də kənarlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.