Maraqlı

Siqaretdən imtina etməyə kömək edən vaksin hazırlanıb

22 Avqust 2019 20:05
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Skripps Tədqiqat İnstitutu (ABŞ) alimləri insana siqaretdən həmişəlik imtina etməyə kömək edən vaksin hazırlayıblar.

Vaksinin təsiri altında siqaret çəkən insanın orqanizmində nikotinə qarşı xüsusi anticismlər yaranır ki, nəticədə insanda siqaret çəkməyə meyl itir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlər yeni vaksini siçanlar üzərində test ediblər. Məlum olub ki, nikotin 10 dəqiqədən sonra neytrallaşdırılırdı.

Alimlər yaxın zamanlarda bu vaksini insanların üzərində test etməyi planlaşdırırlar.

Əvvəllər də alimlər tərəfindən siqaret çəkməyə qarşı olan vaksinlər hazırlanırdı. Lazın bu vaksinlər lazım olan effekt vermirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.