Maraqlı

Videomüşahidə sistemləri üçün süni intellekt həlli hazırlanır

24 Avqust 2019 07:11
0 Şərh     Baxış: 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"NetApp" və "Bosch Building Technologies" şirkətləri müasir videomüşahidə sistemləri üçün təhlükəsizlik sahəsində yüksək məhsuldarlıqlı həllin hazırlanması üzrə birgə layihənin icrasına başlayıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Bosch Video Management System" (BVMS) adlanan platformaya "Bosch Video Recording Manager" (VRM) şəbəkə həlli və "NetApp E-Series Hybrid Flash Arrays" hibrid fləş-massivləri daxildir.

"NetApp" əməliyyat sistemi müxtəlif mənbələrdən məlumat axınlarını birbaşa yüksək saxlama sıxlığına malik kompakt formatlı saxlanca yazır. Platforma virtuallaşdırma vasitələri sayəsində bütün diskləri bir böyük məlumat saxlama massivi kimi idarə edir.

Nəticədə videolar və ehtiyat surət saxlama bazaları arasında toplayıcıda nasazlıq yarandığı təqdirdə işi davam etdirməyə imkan verən balans yaranır. Bundan başqa, sistem miqyaslama imkanlarına malikdir.

Bildirilir ki, "Bosch Video Management System" sistemi daha təhlükəsiz dünyanın qurulması üçün real vaxt rejimində əldə edilən məlumatlardan, süni intellekt və "Əşyalar interneti" imkanlarından istifadə edir.

Platformanın üstünlükləri arasında qeyri-məhdud sayda kameraların qoşulması imkanı və əlavə iş yüklərinin detallaşdırılmış göstərilmə funksiyaları qeyd olunur. Məlumatlardan yüksək səviyyədə istifadə kameradan fiziki bölünmüş məlumat saxlama nöqtələrinə yönəldilən müxtəlif keyfiyyətli iki videonun eyni anda yazılması sayəsində təmin edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.