Maraqlı

Süni intellekt üçün ən böyük prosessor təqdim edilib

24 Avqust 2019 07:21
0 Şərh     Baxış: 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cerebras" şirkəti "Hot Chips" konfransında 1,2 trilyon tranzistorun quraşdırıldığı və məxsusi olaraq süni intellektlə işi üçün yaradılan "Cerebras Wafer Scale Engine" prosessorunu təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, çipin ölçüsü 203 x 229 mm təşkil edir ki, bu da ümumi təyinatlı nəhəng "Nvidia" prosessorundan 57 dəfə böyükdür. İstehsalçı nümayəndələrinin sözlərinə görə, bir neçə mikrosxemi birləşdirməkdə əsas problem məlumatların ötürülməsində qaçılmaz yubanmadır. Vahid çip isə bu problemi aradan qaldırmağa imkan verir.

Məlumata görə, çipə 400 min nüvə və 18 giqabayt tutumlu yaddaş quraşdırılıb. Bunun sayəsində 9 Pbit/saniyə buraxılış qabiliyyəti dəstəklənir.

"Cerebras Wafer Scale Engine" prosessorunun enerji sərfiyyatı 15 kilovat təşkil edir. Tərtibatçıların sözlərinə görə, onlar çipin fəaliyyətini poza bilən çirkləndirmənin qarşısını almağa nail olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.