Maraqlı

Microsoft spam mesajlarını filtrdən keçirəcək

24 Avqust 2019 07:31
0 Şərh     Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" şirkəti spam mesajları filtrdən keçirmək imkanına malik "SMS Organizer" mobil tətbiqini "Android" sisteminin idarəetməsi altında işləyən qurğularda əlçatan edib. "SMS Organizer" proqramının daha bir faydalı funksiyası SMS mesajların avtomatik çeşidlənməsi və onların ayrı-ayrı qovluqlara yerləşdirilməsidir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni tətbiq "Microsoft Garage" eksperimental laboratoriyasının məhsuludur. Kompüter təlimi alqoritmlərindən istifadə edən mobil proqram endirim və aksiyalar haqqında SMS mesajlarını xüsusi kateqoriyaya yerləşdirir, adi mesajları isə daxil olanlar qutusunda saxlayır. Aviabiletlər, mehmanxana nömrələri, restoran və teatrlarda yerlərin öncədən bron edilməsi haqqında mesajlar, həmçinin bankdan göndərilən SMS bildirişlər avtomatik şəkildə müvafiq bölmələrə yerləşdirilir.

"SMS Organizer" tətbiqinin istifadəçiləri arzuolunmaz mesaj göndərənləri qara siyahıya daxil edə, SMS mesajları seçilmişlər siyahısına əlavə edə və köhnə mesajları arxivləşdirə bilərlər. İstəkdən asılı olaraq, "Google Disk"də (yalnız SMS mesajları dəstəkləyir) arxiv yaratmaq mümkündür. Bundan sonra ehtiyat surətini başqa qurğuda bərpa etmək mümkün olacaq.

"SMS Organizer" tətbiqi artıq "Google Play" mağazasında əlçatandır. Lakin hələ ki yalnız ABŞ, Böyük Britaniya və Avstraliya sakinləri yeni proqramdan istifadə edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.