Maraqlı

Hörümçək-adam "Marvel" kino dünyasını tərk edə bilər

23 Avqust 2019 07:21
0 Şərh     Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sony" və "Disney" bundan sonra Hörümçək-adam filmləri üzərində işlərdə əməkdaşlıq etməyəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu səbəbdən "Disney" studiyasına məxsus "Marvel" kinostudiyasının rəhbəri Kevin Fayqi gələcəkdə superqəhrəmanın iştirakı ilə yeni layihələrə prodüserlik etməyəcək, personajın özü isə bundan sonra "Marvel" kino dünyasında görünməyəcək.

Nəşrin məlumatına əsasən, studiyalar arasında münaqişəyə "Disney"in Hörümçək-adam barədə gələcək filmlərin maliyyələşməsinin 50 faizini öz üzərinə götürərək prokatdan gələn gəlirin yarısını əldə etməsi barədə tələbi səbəb olub. "Sony" kompaniyası isə öz növbəsində "Disney" studiyasının ilk gün əldə olunacaq gəlirin yalnız 5 faizinə, merçendayz satışından əldə olunan gəlirin isə hamısına sahib olması şərtinin saxlanılmasına çalışır.

Sonradan "Sony" kompaniyası bütün məsuliyyəti "Disney" studiyasının üzərinə qoyub. Kompaniyanın rəsmi bəyanatına əsasən, "Disney" studiyası Kevin Fayqiyə Hörümçək-adam barədə filmlər üzərində prodüser fəaliyyətini davam etdirməsinə icazə verməyib.

"Variety" nəşrinin məlumatına görə, kompaniyalar hələ sazişə nail ola bilərlər, lakin hazırda bu barədə danışıqlar aparılmır.

"Hörümçək-adam: Evdən uzaqlarda" "Marvel" kinostudiyasının iştirakı ilə superqəhrəman haqda çəkilən sonuncu filmdir. O, prokatlarda 1 milyard dollardan çox qazanc gətirib. Personajın filmlərdə istifadə hüquqları "Sony" kompaniyasına aiddir. Lakin 2015-ci ildə "Marvel" Hörümçək-adamın öz filmlərində istifadə olunması barədə razılıq əldə etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.