Maraqlı

Bu ölkənin tarixində ilk dəfə Ali məhkəməyə qadın başçılıq edəcək

21 Avqust 2019 17:54
0 Şərh     Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sudanın Ali məhkəməsinə ölkənin tarixində ilk dəfə qadın başçılıq edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu vəzifəyə hüquqşünas Nəəmət Abdulla təyin olunub.

Avqustun 20-də Sudanın idarəçi Suveren Şurasının tam formalaşması elan olunub. Şuranın tərkibinə beş nəfər hərbçilərin nümayəndəsi və altı nəfər mülki şəxs, o cümlədən iki qadın daxildir. Onlardan biri alim və ictimai fəaliyyəti ilə tanınan, ingilis dili və ədəbiyyat üzrə Mançester Universitetinin magistri, professor Aişə Musa, digəri isə son vaxtlara qədər Sudanın Ədliyyə Nazirliyində müşavir işləmiş xristian Raca Nikolas Abdel Masixdir. Məhz Raca Nikolas Abdel Masix Suveren Şuraya daxil edilən həm hərbçilər, həm də müxalifət tərəfindən razılaşdırılmış şəxsdir.

Xatırladaq ki, Şura ölkəni keçid dövründə üç il müddətində idarə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.