Maraqlı

Yəhudi mühəndis İsa peyğəmbərin qardaşının qalıqlarını tapdı - FOTO

21 Avqust 2019 13:39
1 Şərh     Baxış: 1 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən arxeoloji qazıntılar əsrlər boyu doğru bilinən tarixi faktların yanlış olduğunu üzə çıxarır.

Məsələn son illərin ən qalmaqallı qazıntılarından sonra İsa peyğmbərin qardaşı Ossuari Yakov haqda bəzi məlumatlar yayılıb. Lakin alimlər hələ də qutudakı sümük tapıntılarının İsanın qardaşına aid olub-olmadığını dəqiq deyə bilmirlər.

Milli.Az xəbər verir ki, qutu uzun müddət yəhudi mühəndis Oded Holanda olub. Üzərində isə qədim aramey dilində yazı var. "Discovery" kanalı və dini arxeoloji qrupun birgə apardığı uzun araşdrmadan sonra məlum olub ki, bu yazı " Yakov, Yusifin oğlu, İsanın qardaşı" kimi tərcümə olunur.

Tarixçılər, din və elm xadimləri arasında çaxnaşma yaradan bu açıqlamadan sonra İsrailin bir çox dini qurumu mühəndis Holanı məhkəməyə verib. Onlar mühəndisi yalan faktlarla cəmiyyəti yolundan azdırmaqda suçlayıblar.

Onlar hesab edirlər ki, qutunun üzərindəki "İsanın qardaşı" yazısı sonradan əlavə olunub. O, bu yolla Məryəmin başqa övladlarının da varlığını üzə çıxarmaq, hətta İsanı tarixi şəxsiyyət kimi ifşa etmək istəyib.

7 il davam edən məhkəmədən sonra mühəndis Holan təqsirsiz bilinərək haqqında gəzən mənfi rəylərə son qoya bilib. Lakin məhkəmə onu qeyri-qanuni tarixi əşyaların ticarətində günahlandaraq cərimələyib.

İsanın qardaşının qalıqları isə hələ ki, müəmma olaraq qalır. Lakin mütəxəssislər qutuya hopmuş mikroorqanizm göbələklərin ən az 1000-dən çox yaşı olduğunu bildirirər. Həmçinin yazıya əlavələr olunmadığı, bütün mətnin eyni vaxtda yazıldığı da sübut olunub.

Bir sıra din xadimləri isə Yakovun həqiqətən Yusifin oğlu olduğunu sübut etməyə çalışaraq, onun başqa qadından doğulduğunu bildirirlər. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.