Maraqlı

"Yeşilçam"ın məşhur aktrisası dayəliklə məşğul olur - FOTO

21 Avqust 2019 10:14
5 Şərh     Baxış: 3 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zamanlar gözəlliyi ilə sənət aləmində meydan oxuyan Gülşən Bubikoğlu indi dayəliklə məşğuldur.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, "Yeşilcam" dövründə  öz gözəlliyi və türk filmlərindəki  ifaları ilə tamaşaçıları heyran edən edən Gülşən Bubikoğlunun sosial mefdiada son fotolarını paylaşması hamının marağına səbəb olub.  64 yaşlı sənətkar hazırda ABŞ-da nəvəsinə baxır.

Aktrisa sosial media hesabında bunları yazıb: "Uzun zamandır qızım Zeynəbin qızı Maviyə baxıram. Arada gəzirik də...Təbii ki, bir az da yoruldum. Artıq yaşlanırıq və burada qəbahət bir şey yoxdu. Sağlam olaq yetər".
Türker İnanoğlu ilə ailə qurduqdan sonra ekranlardan uzaqlaşan Gülşən Bubikoğlunun 64 yaşının olmasına baxmayaraq, hələ də məşhurluğunu qoruyur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.