Maraqlı

Antidepressant əvəzinə bu bitkini qəbul edin – “Quzu kimi sakit” olacaqsınız

20 Avqust 2019 21:35
0 Şərh     Baxış: 6 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Depressiya, təşviş pozuntusu, əsəb gərginliyi keçirən, həyatdan zövq almayan insanlarda beyində serotonin  hormonunun miqdarını artırmaq, yəni bir növ insanı süni yollarla xoşbəxt hisslər keçirməyə sövq edən antidepressantlar adlı preparat yazılır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, əgər siz də bu həddə çatmısızsa, antidepressant qəbuluna keçməzdən öncə bu bitkinin dəmləməsi və məhlulunu içməyi sınayasız.
Adi dazı otu (zveroboy) adlı bu dərman bitkisi hələ İbn Sina, Hippokrat tərəfindən nevralgiyaların müalicəsində istifadə olunurdu.

Antidepressant təsiri ilk dəfə 1652- ci ildə Nikols tərəfindən icad edilib və bu ot tərkibli vasitələr antidepressant kimi tətbiq olunub.
Bitkinin aktiv maddəsi hiperisindir, serotonini aktivləşdirir. Qanda serotonin artdıqda, əhval qalxır, qəm-qüssə dağılır, insan yaşamaq eşqi ilə alışır, yuxusu normallaşır. Elə hazırda da bir çox damcı və dərmanların tərkibində dazıotu var.

Təbii antidepressantı necə qəbul etməli?

10 qr quru bitkinin üzərinə 1 stəkan qaynar su əlavə edib, 40 dəqiqə dəmə qoyursuz. Süzüb, alınan məhlulu gündə 6 dəfə olmaqla yeməkdən sonra 1 xörək qaşığı olmaqla içib bitirirsiz.

10 yaşından yuxarı uşaqlara vermək olar.
Hamilələr ehtiyatlı olsun.

Dazıotu təkcə əsəblər üçün yox, mədə-bağırsaq, böyrəklər, ginekoloji orqanların iltihabı üçün də əvəzsizdir

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.