Maraqlı

Yoxsulluq və nifaqı aradan aparar, insanı 3 aləmdə sığorta edər

22 Avqust 2019 22:40
0 Şərh     Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salavat elə bir zikrdir ki, insana dünya və axirətdə bəhrə və bərəkət gətirər. Günahlarının bağışlanmasına səbəb olar. Məsumları (ə) ondan razı salar və əxlaqına təsir qoyar.

Salavatla bağlı dahi insanların nəsihətləri vardır ki, onlara nəzər salaq:

Salavat - Allah tərəfindən insana göndərilən ən üstün hədiyyədir.

Salavat - behişt töhfəsidir.

Salavat, ruhu cilalayar.

Salavat - insanın ağzını xoşətirli edən zikrdir.

Salavat - behiştdə olan nurdur.

Salavat - Sirat körpüsünün nurudur.

Salavat, insana şəfaət verər.

Salavat - İlahi zikrdir.

Salavat, duanı kamilləşdirər və onun yerinə yetməsinə səbəb olar.

Salavat, namazın kamilləşməsinə səbəb olar.

Salavat - Həzrət Peyğəmbəri (s) yuxuda görmək rəmzidir.

Salavat, insanın Allaha yaxınlaşmasına səbəb olar.

Salavat - cəhənnəm atəşi qarşısındakı qalxandır.

Salavat - bərzəxdə və Qiyamət günü insanın munisidir.

Salavat - insanın behiştə getmək icazəsidir.

Salavat, insanı 3 aləmdə sığorta edər.

Salavat - Allah tərəfindən olan rəhmətdir. Mələklər tərəfindən günahları pak etmək və insanlar tərəfindən duadır.

Salavat - Qiyamət günü ən üstün əməldir.

Salavat - Qiyamət günü əməl tərəzisində olan ağır əməldir.

Salavat - ən sevimli əməldir.

Salavat - namazın zinətidir.

Salavat, günahları aradan aparar.

Salavat, yoxsulluq və nifaqı aradan aparar.

Salavat - ən yaxşı mənəvi dərmandır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.