Maraqlı

Səfərə çıxan adam getdiyi yerdə neçə gün qalacağını qabaqcadan bilmirsə...

22 Avqust 2019 23:45
0 Şərh     Baxış: 1 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səfərə çıxan adam getdiyi yerdə neçə gün qalacağını qabaqcadan bilmirsə, namazları necə qılmalıdır?

Şəriət baxımından səfər şərtlərinə cavab verən məsafə və müddət daxilində yola çıxan şəxs səfər boyunca dörd rükətlik namazlarını qəsrlə, yəni iki rükət şəklində qılmalı, oruc tutmamalıdır. Səfərin şərtləri şəriət kitablarında (risalələrdə) ətraflı izah edilib. Bu şərtlərdən biri də insanın vətənindən müəyyən məsafə uzaqlığında yerləşən məkanda 10 gündən az qalmasıdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, əgər 10 gün və daha artıq qalarsa, səfər şərtləri pozular, namazları bütöv qılmalı, oruc tutmalıdır. Əgər insan yola çıxarkən, getdiyi yerdə 10 gündən az ya çox qalacağını qabaqcadan bilmirsə, buna zənni (gümanı, ehtimalı) də yoxdursa, o halda səfərdə sayılmır və namazlarını bütöv qılmalıdır. Amma əgər bir yerdə 10 gün qalmasını müəyyən şərtə bağlasa, məsələn, münasib ev tapacağı halda 10 gün qalmağı, əks halda isə tez qayıtmağı düşünsə, bu halda səfər boyunca namazları ixtisarla qılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.