Maraqlı

“Boşanacağımı bilmirdim” - Sərdar Ortaçın həyat yoldaşı vətəninə döndü

19 Avqust 2019 18:59
1 Şərh     Baxış: 2 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərdar Ortaçın 8 avqustda boşandığı həyat yoldaşı Xloe Luqnan vətəni irlandiyaya dönüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 10 çamadanla evdən ayrılan Xloenin yanında anası olub.

S.Ortaç eks-həyat yoldaşını yola salmayıb, "sürücüm nə lazımdırsa, edəcək" deyib.

Səyahətdən öncə rəfiqəsi ilə telefonda danışan Xloe "Boşanacağımı bilmirdim. Öyrənəndə xəstəxanalıq oldum, üç kilo arıqladım. Çox kədərliyəm. Sərdar məni yola salmağa gəlmədi. Canı sağ olsun. Bir daha Türkiyəyə nə vaxt qayıdacağımı bilmirəm. Ailəm özümə gəlməyim üçün çox şey edir" deyə, bildirib.

Qeyd edək ki, cütlüyün münasibəti 8 il öncə başlayıb. Onlar 2014-cü ildə evlənmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.