Maraqlı

Vəhşi təbiət üçün təhlükə - Alimlərdən SOS

19 Avqust 2019 16:34
2 Şərh     Baxış: 2 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrikada vəhşi təbiətdə yaşayan şirlərin sayı 22 509-a qədər azalıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Oksford universitetinin vəhşi təbiət tədqiqatları şöbəsinin alimləri açıqlayıb.

Alimlərin bildirdiyinə görə, Malavidə vəhşi təbiət şəraitində yaşayan cəmi 5, Anqolada 25, Ruandada 22, Nigeriyada 30 şir qalıb.

Hazırda ən çox şir Tanzaniyada (8176), CAR-da (2070), Keniyada (1825), Mozambikdə (1295) və Zimbabvedə (1709) yaşayır.

Alimlər Afrikadakı şirlərin yalnız yaxşı qorunan ərazilərə sahib olduqları təqdirdə çoxala biləcəklərini qeyd edib. Amma bunun üçün kifayət qədər maliyyə vəsaiti lazımdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.