Maraqlı

Alimlər əks təsiri olmayan xərçəngin qarşısını ala biləcək üsul kəşf edib

18 Avqust 2019 18:05
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika mütəxəssisləri hüceyrənin maddələr mübadiləsini artıran molekul aşkar edib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, xərçəng müalicəsi zamanı, yorğunluq, bağırsaq problemləri, saçların tökülməsi kimi əks təsirlər qaçlılmaz olur. Oreqon ştatının Mərkəzi Florida universitetinin bir qrup alimi, toxumalara ziyan vurmadan xərçəng şişlərini müalicə edən üsul əldə etməyi qərara almışdır. Alimlər fikrini əsasən, sinir sistemində, aqressiv xoşxassəli şişlərin əmələ gəlməsini inkişaf etdirən 2 tipli neyrofibromatoza yönəldərək, tirozin amin turşusunu nitratlaşdıran peroksinitrit oksidləşdirici maddənin istehsal edildiyini aşkar etmişdir. Bu vaxt, maddələr mübadiləsinin çoxalması üçün şərait yaranmış olur. Peroksinitrit istehsalını azaltmaqla, minimal əks təsirlə, xəstəliyin inkişafını yavaşlatmaq mümkündür. Alimlərin fikrinə görə, kəşf ən azı bir neçə xərçəng növü üçün aktual hesab edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.