Maraqlı

Lut qövmü əzabı öz diliylə istədi

20 Avqust 2019 21:40
0 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quran elə səma kitabıdır ki, həm səhrada yaşayan ərəblərdən söz açmışdır və həm də keçmiş qövmlərin başına gələn hadisələrdən. Əgər Qurani-Kərim Ad, Səmud, Lut qövmündən bəhs edirsə, bu dastanların əxlaqi fəlsəfəsi vardır. Allah Təala keçmiş qövmlərin rəzil sifətlərinə görə necə cəzalandıqlarını indiki insanlara çatdırır və onları ibrət götürməyə dəvət edir.

Lutun qövmü elə insanlar idilər ki, rifah içində yaşayırdılar. Ancaq paxıllıq və həsəd onlara rahatlıq vermirdi. Onların Fələstinin şimalında və Şam ətraflarında geniş şəhərləri var idi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, onlar öz atalarının dininə əqidə bəsləyir və bu əqidələrini dəyişmək istəmirdilər. "Onlar pis bir iş gördükləri zaman "atalarımızı belə gördük və bizə bunu Allah əmr etmişdir" deyərlər. De: "Allah əsla pis işə əmr etməz. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?"". ("Əraf" 28).

"Və Lutu (göndərdik), o zaman öz qövmünə dedi: "Həqiqətən, siz özünüzdən əvvəl aləmlərdəkilərdən heç birinin etmədiyi olduqca iyrənc bir işi görürsünüz!"

"(Doğrudanmı) siz kişilərlə cinsi əlaqədə olur və yol kəsirsiniz (nəsil artırma yolunu, yaxud da şəhərin yolunu oradan keçənlərin üzünə bağlayırsınız) və ümumi məclislərinizdə çirkin işlər görürsünüz?!".

Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: "Əgər düz danışanlardansansa, bizə Allahın əzabını gətir!"". ("Ənkəbut" 28-29).

Təbərsi nəql edir: "Onların məclisləri qəbahətli işlərlə məşğul idi. Söyüş söyür, qumar oynayır, bir-birinə tərəf daş atır və çox çirkin işlərlə məşğul olurdular".

Lut qövmünün məşğul olduğu çirkin işlər barədə Əmirəl-möminin (ə) buyurur: "Bu ümmətin 6 əməli Lut qövmünün əxlaqındandır: Sümüklə oynamaq, fışdırıq çalmaq, saqqız çeynəmək, qışqırmaq, ətəyini yerə sürtmək, köynəyin düymələrini açıq qoymaq".

Burada saqqız çeynəməyə də toxunuldu. Demək lazımdır ki, saqqız çeynəmək öz-özlüyündə pis əməl deyildir, hətta diş həkimləri onun faydasından danışırlar. Burada söhbət saqqızı şəhvət yaratmaq niyyətilə çeynəməkdən gedir. Əgər kimsə saqqızı belə çeynəyərsə, qəbahətli iş görmüş olar.

Allah Təala bizlərə gözəl əxlaqi sifətlərə yiyələnməyi nəsib etsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.