Maraqlı

Bu günahdan hətta şeytan da iyrənir

20 Avqust 2019 21:20
0 Şərh     Baxış: 1 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Töhmət vurmaq və böhtan atmaq - o qədər çirkin sifətlərdir ki, hətta şeytan (lən) belə bu cür insanlardan qaçır. Halbuki, şeytan həmişə insanların rəzil işləri görməsindən sevinir. Ancaq bəzi əməllər o qədər çirkindir ki, hətta şeytan belə onun ağırlığını hiss edib, ondan uzaq olmağa çalışır.

Töhmət və böhtanın ziyanları:

1. Töhmət və böhtan insan mənəviyyatına təsir edər.

İmam Sadiq (ə) buyurur: "O zaman ki, mömin, mömin qardaşına töhmət vurar - iman onun qəlbində əriyər. Necə ki, duz suda əriyər".

2. İnsan rabitələrinə mənfi təsir edər.

İmam Sadiq (ə) buyurur: "O kəs ki, din qardaşına töhmət vurar, onların aralarında hörmət qalmaz".

3. İblisin (lən) himayəsinə keçər.

İmam Sadiq (ə) buyurur: "Əgər kimsə möminin əleyhinə söz deyər və əgər niyyəti onu gözdən salıb, ictimai mövqeyini alçaltmaq olarsa - Allah onu dostluq dairəsindən çıxardar və şeytanın himayəsində qərar verər. (Ancaq) şeytan da onu qəbul etməz".

Allah Təala cəmi iman əhlini bu cür rəzil sifətlərdən uzaq etsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.