Maraqlı

Elmin haqqı nədir?

20 Avqust 2019 20:20
0 Şərh     Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ürfdə adətən hüququ və haqqı ancaq insanlara aid edirlər. Ancaq dinimizin üstünlüklərindən biri də budur ki, hər bir şey üçün, o cümlədən qalan canlılar üçün, hətta əşyalar üçün də hüquq təyin etmişdir. Bu dünyada var olan hər şey - Allahın nişanəsidir. Uca Allahı öz dillərində təsbih və pərəstiş edirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, elm də onlardan biridir ki, Allah onun üçün də hüquq təyin etmişdir.

Elm - nurani bir həqiqətdir. Ona görə də bizim üzərimizdə haqqı vardır. Əgər biz elmin buyurduqlarına əməl etsək, haqqını əda etmiş olarıq. Əgər elmin haqqına riayət etməsək, Qiyamət günü sorğu-sual olunacağıq.

İmam Sadiq (ə) nəql edir ki, atası buyurmuşdur: "Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Elmin haqqı nədir?".

Həzrət (s) buyurur: "Elm qarşısında kamil sükut etməkdir".

Soruşur: "Başqa hansı haqqı vardır?".

Həzrət (s) buyurur: "Yaxşı qulaq asmaq".

Soruşur: "Ondan sonra nədir?".

Həzrət (s) buyurur: "Onu öyrənmək".

Soruşur: "Başqa nədir?".

Həzrət (s) buyurur: "Ona əməl etmək".

Soruşur: "Başqa nədir?".

Həzrət (s) buyurur: "Onu yaymaq"".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.