Maraqlı

Bu şəhərdə elektrosamokatların icarəsi qadağan edildi

16 Avqust 2019 16:39
0 Şərh     Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Milan şəhərində elektrosamokat icarəsi ilə məşğul olan şirkətlərin fəaliyyətinə qadağa qoyulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən qadağalar, İtaliyada həmin samokatların istifadəsinə dair dəqiq qaydaların hazırlanmasına qədər, qüvvədə qalacaq.

Qeyd edək ki, İtaliyada iyunun əvvəlində qəbul edilmiş sərəncama əsasən, piyada zonalarında, velosiped yollarında, eləcə də sürət həddi saatda 30 kilometri aşmayan zonalarda elektrosamokatdan istifadə edilməsinə icazə verilmişdi. Lakin, bu, eyni zamanda, ayrı-ayrı komunnaların öz qaydalarını tətbiq etməyini tələb edir.

İyulun sonlarında Milan hakimiyyəti yeni qaydaları sınaqdan keçirməyə başladı. Bu dəfə samokatların piyada zonalarında istifadəsinə icazə verilsə də, səkilərdə bu, qadağan edildi.

Ümumiyyətlə, son bir neçə ildə elektrosamokatlar Avropada populyarlıq qazanıb. Lakin onların istifadəsi tez-tez insanların xəsarət almasına gətirib çıxarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.