Maraqlı

ABŞ-da dünyanın ən sürətli superkompüteri hazırlanacaq

18 Avqust 2019 20:25
0 Şərh     Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Energetika Nazirliyi və "Cray" superkompüter istehsalçısı arasında 600 milyon dollar dəyərində "El Capitan" adlı dünyanın ən sürətli superkompüterinin hazırlanmasına dair saziş imzalanıb. Qurğunun hazırlanmasında, həmçinin ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi və Lourens adına Livermor Milli Laboratoriyası iştirak edəcək.

Milli.Az ict.az-a istinadən xəbər verir ki, popmech.ru saytının məlumatına görə, "El Capitan" məhsuldarlığı bir ekzaflopsu üstələyəcək ilk qurğu olacaq. Belə ki, o, saniyədə bir kvintilyon əməliyyat yerinə yetirəcək. Sistem "ClusterStor" məlumat saxlama sistemli və "Slingshot" daxili bağlantı texnologiyalı yeni "Cray Shasta" arxitekturası əsasında qurulacaq. Superkompüterdən ABŞ nüvə arsenalının idarəetməsi üçün istifadə planlaşdırılır.

Bildirilib ki, "El Capitan", xüsusilə, milli təhlükəsizliyə təhdidlərin yaranması hallarının və nüvə silahının idarəetməsi ilə əlaqədar digər vəzifələrin operativ qiymətləndirilməsi üçün tətbiq ediləcək. O, Lourens adına Livermor Milli Laboratoriyasında yerləşən "Sequoia" sistemindən 50 dəfə və gücünə görə ikinci olan "Sierra" superkompüterindən 10 dəfə sürətli işləyəcək.

"El Capitan" superkompüterinin 2023-cü ildə istifadəyə veriləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.