Maraqlı

"Facebook"dan daha bir etiraf

16 Avqust 2019 01:30
0 Şərh     Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəfələrlə istifadəçi məlumatlarının sızdırılması qalmaqallarından sonra "Facebook" şirkəti yenidən kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.

Milli.Az Technote-yə istinadən xəbər verir ki, "Facebook" istifadəçilərinin özəl səs yazlarının analiz məlumatlarının ortaya çıxmasından sonra, şirkət səs yazılarını dinlədiyini və onları analiz etdiyini etiraf edib. Bu işlə isə yüzlərlə əməkdaşı məşğul olub.

Həmin şirkət əməkdaşlarına sözügedən səs yazılarının hardan və necə əldə edildiyi barəsində məlumat verilməyib. Şirkət bu prosesi artıq 1 həftə bundan öncə dayandırdığını da açıqlayıb.

Məlumata görə, səsli mesajların kimlərə məxsus olduqları gizli saxlanılıb.
İddia olunur ki, istifadəçilərin səs yazılarının analiz olunması ilə Kaliforniyanın TaskUs Inc. şirkəti məşğul olub. Bu şirkət isə bütün dünya üzrə çoxlu sayda filiallara sahibdir. Onun üçün "Facebook" şirkəti böyük və vacib müştərilərdən biridir.

Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə öz istifadəçilərinin dinlənilməsini "Google", "Microsoft", "Apple" və "Twitter" kimi şirkətlər də etiraf etmişdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.