Maraqlı

Bu ölkədə restoran və kafelərdə siqaret çəkənləri ağlasığmaz CƏRİMƏ gözləyir

14 Avqust 2019 19:29
0 Şərh     Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Monteneqroda avqustun 14-dən etibarən restoran və kafelər də daxil olmaqla qapalı məkanlarda siqaret çəkmək qadağası qüvvəyə minib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni qanuna əsasən, qadağanı pozan şəxslər 20 min avro məbləğində cərimələnəcək.

Bu gündən etibarən ölkə ərazisində qapalı məkanlarda yalnız ayrıca otaqlarda siqaret çəkmək mümkün olacaq. Qaydalara görə, otağın sahəsi 10 kvadratmetrdən çox olmamalı və məkanın ümumi sahəsinin 20 faizini üstələməməlidir.

Qeyd edək ki, qapalı məkanlarda siqarət çəkməyi qadağan edən qanun Monteneqro parlamenti tərəfindən iyulun 31-də qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.