Maraqlı

Ölən adam üçün ağlamaq günahdırmı?

15 Avqust 2019 20:55
6 Şərh     Baxış: 2 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyasını dəyişmiş adam üçün matəm saxlamaq, kədərlənmək və ağlamaq günah deyil. Bunlar insanın təbii hissləridir və onları ifrata varmadan büruzə vermək olar. Bütün müqəddəslərimiz öz əzizlərini ititrərkən səbrlə davranmış, amma kədərlərini də gizlətməmişlər. Həzrət Mühəmməd Peyğəmbər (s) oğlu İbrahimin vəfatına üzülmüş və ağlamışdı. Hətta səhabə Əbdürrəhman ibn Ovfun təəccübünü görəndə Peyğəmbər ona cavab vermişdi: "Bu göz yaşı bir rəhmətdir. Göz yaşarır, könül qəm-qüssə yeyir, amma biz Rəbbimizin razı olduğu sözlərdən başqa sözlər demərik..." Həmçinin, Ühüd savaşında şəhid olmuş Həmzə üçün qadınlar mərsiyə deyib ağlayanda Peyğəmbər bundan razı qalmışdı.

Əlbəttə, ölü üçün həddən artıq ucadan ağlayıb şivən salmaq, sifəti və yaxanı cırmaq, Allaha üsyan etmək dinimizə ziddir. Peyğəmbər və imamlar bu kimi halları görəndə həmişə etiraz etmişlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.