Maraqlı

Rusiyanın Tarix Muzeyi Napoleon Bonapartın altı avtoqrafını nümayiş etdirəcək

14 Avqust 2019 22:30
0 Şərh     Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Dövlət Tarix Muzeyi fransız sərkərdəsi və imperatoru Napoleon Bonapartın 250 illik yubileyi münasibətilə altı avtoqrafını nümayiş etdirəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, muzeydə həmçinin imperator tərəfindən yazılan "Klisson və Ejeni" əsərini də görmək olar.

Qeyd edək ki, Boradin döyüşündən məğlub olan ruslar Moskvanı tərk etməli olurlar. İki həftədən sonra isə fransız ordusu müqavimət görmədən şəhərə girir.

Napoleon Moskvada olarkən sərəncam və göstərişlər imzalayırdı. Onun imzaladığı sənədlər haqda məlumatı qraf Montolonun saxladığı yaddaş dəftərində oxumaq olar.

Napoleon Bonapart imperator adı alandan sonra sənədlərdə "Napoleon", qətnamələrdə isə "N" kimi imza atırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.