Maraqlı

Tarkan Avropada konsert verəcək

14 Avqust 2019 13:34
0 Şərh     Baxış: 438

Türkiyənin dünya şöhrətli meqastarı Tarkan İstanbulun Harbiyə Cəmil Topuzlu Açıqhava Teatrında möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 21-də reallaşacaq konsert 23-dək davam edəcək.

Eyni zamanda, Tarkan oktyabrın 6-da Londonda, oktyabrın 26-da Münhendə konsert verəcək. Meqastar noyabrın 14-də Amsterdamda, 16-da Vyanda, 30-da isə Zürühdə çıxış edəcək. Dekabrın 21-də isə müğənninin Almaniyanın Köln şəhərində möhtəşəm konsert proqramı ilə çıxış edəcəyi gözlənilir.

Konsertdə o, yeni albomlarından və repertuarında sevilən digər pop mahnıları səsləndirəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.