Maraqlı

Audi e-tron modelinin baza variantı təqdim edilib - FOTO

17 Avqust 2019 19:30
0 Şərh     Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Audi şirkəti e-tron modelinin yeni versiyasını təqdim edib. Yeni model satışda olandan mühərriklərin gücü, batareyanın tutumu və yürüş ehtiyatı ilə seçilir. İki elektrokarın parametrlərini müqayisə etsək, yeni modifikasiyanın e-tron modelinin baza versiyası olduğunu söyləmək olar. Əlbəttə ki, yeni modifikasiya daha sərfəli qiymətə satılacaqdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, yeni elektrokar Audi e-tron 50 quattro adlanır. Bildiyimiz kimi, hazırda satılan elektrokar isə, Audi e-tron 55 quattro indeksini daşıyır.  Beləliklə, e-tron 50 quattro modeli 71 kVt/saatlıq batareya ilə təchiz edilir və müvafiq olaraq 300 km yürüş ehtiyatına sahibdir.  55 indeksli versiyada bu göstəricilər, müvafiq olaraq, 95 kVt/saat və 400 km-dir. Yükləmə qurğusunun imkanları da aşağı salınıb - elektrokar 150 kVt əvəzinə 120 kVt yükləməni dəstəkləyir.

Bildiyimiz kimi, Audi e-tron 55 quattro modelinin ikimühərrikli güc qurğusu 408 at qüvvəsi və 664 Nm fırlanma anı hasil edir. "Büdcə" versiyası isə, 312 at qüvvəsinə və 540 Nm-ə sahibdir. Audi e-tron 50 quattro 100 km/saat həddinə 7,0 saniyəyə sürətlənir və 190 km/saat maksimal sürət həddinə malikdir. Daha güclü elektrokarda bu göstəricilər 5,7 saniyə və 200 km/saat (elektronika tərəfindən məhdudlaşdırılır) təşkil edir.

Audi e-tron 50 quattro modelinin satışlarına bu ilin sonunda start veriləcəkdir. Elektromobilin təchizat səviyyəsi və qiyməti barədə məlumat verilməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.