Maraqlı

F1 bolidi üçün 30 qramlıq pedal təklif olunur - FOTO

17 Avqust 2019 19:01
0 Şərh     Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Motor saytı Reddit adlı istifadəçiyə istinadən "gələcəyin pedalları" adlandırılan detalların şəklini dərc edib. Ideya müəllifi 3D-modelləşdirilməsi yolu ilə hazırlanmış pedalın Formula 1 bolidi üçün nəzərdə tutulduğunu iddia edir. 30 qram çəkiyə malik olan pedal hörümçək toruna bənzəyən struktura malikdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, pedalın təsvirində, onun tərkibində vanadium, alüminium, dəmir, oksigen, karbon, azot, hidrogen və ittirium olan titan ərintisindən hazırlandığı bildirilib. Hörümçək toruna bənzəyən qeyri-adi quruluşu sayəsində 30 qramlıq pedal sərtliyinə görə ənənəvi pedallardan geridə qalmır. İki gün çəkən mürəkkəb istehsal prosesi ucbatından bir detalın qiyməti 150 min dollar təşkil edir.

Xəbəri yayan müəllifin sözlərinə görə, şəkildə təsvir edilmiş prototiplər F1 bolidinin tamölçülü detalından fərqlənir. Formula 1 çempionatında iştirak edən komandaların xərclərin azaldılmasına istiqamət götürdüyünə görə, onların belə pedalları almaq fikrindən uzaq olduqlarını söyləmək olar. Belə çıxır ki, ideya müəllifi, atalarımız demişkən, "papağını boş yerə günə yandırıb".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.