Maraqlı

Limitsiz avtobanlardan imtina məsələsi Alpina rəhbərliyini narahat edir - FOTO

18 Avqust 2019 15:30
0 Şərh     Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya sürət məhdudiyyəti tətbiq etməyən yeganə Avropa ölkəsi olaraq qalır. Gəzən şayiələrə görə, Almaniya höküməti avtobanlarda sürət limitini tətbiq etmək niyyətindədir. Öz növbəsində, bu şayiələr "bərkgedən" avtomobillərin istehsalçılarını narahat edir.

Which Car nəşrinə müsahibə verən Alpina şirkətinin rəhbəri Andreas Bovenzipen bu məhdudiyyətin sürətli avtomobillərin satışlarına təsir edəcəyini bildirib. Onun sözlərinə görə, əgər güclü avtomobillərdən istifadə edə biləcəyiniz şərait yoxdursa, onları almağın heç bir mənası da yoxdur.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Bovenzipenin fikrincə, əgər belə məhdudiyyət tətbiq edilərsə, avtomobil bazarında qeyri-müəyyənlik yaranacaqdır. "Belə qanunun qəbul edilməsindən sonra, idman avtomobillərinin satışlarının azalacağını gözləmək olar, - Bovenzipen bildirib. - Bizə isə, müştərilərin avtosalonlara qayıdacağına ümid etmək qalır, çünki bahalı və sürətli avtomobillər saat kimidir. Hər kəs onlara sahib olmaq istəyir".

Bovenzipeni narahat edən digər məsələ, belə məhdudiyyətin avtomobillərin keyfiyyətinə təsir edə biləcəyidir. Bir sıra istehsalçıların məntiqinə görə, əgər sürücü 120 km/saatdan yuxarı sürətlənmirsə, asqı və əyləc sisteminin yaxşılaşdırılmasına vəzait qoymaq gərək deyil. Eyni məntiqlə, şin istehsalçıları da məhsula olan baxışlarını dəyişə bilərlər. Onlar əsas aksenti daha sərt tərkiblərə yönəldərək şinlərin ömrünü uzatmağa istiqamət götürə bilərlər. Bu isə, yaş asfaltda ilişmə səviyyəsini azalda və qəzalara gətirib çıxara bilər.

Çoxsaylı nüanslara baxmayaraq, Bovenzipen sonunda sürət məhdudiyyətinin tətbiq ediləcəyi ilə razılaşır. Onun fikrinə görə, avtonom nəqliyyatın inkişafı yollarda sürət məhdudiyyətinin tətbiq edilməsini labüd edəcəkdir.

Hələlik isə, Almaniya avtomagistrallarda sürət məhdudiyyətini tətbiq etməyən yeganə Avropa ölkəsi olaraq qalır. Adətən sürücülərə 130 km/saat həddinə qədər sürətlərlə hərəkət etmək tövsiyyə edilir, lakin sürət həddini aşmağa görə cərimə, yalnız bu pozuntunun qəzaya səbəb olması halında tətbiq edilir. Ən maraqlısı odur ki, sürət məhdudiyyəti olmayan avtobanlardakı qəza ststistikası, 100 km/saat sürət məhdudiyyəti olan digər yollardakından azdır. Statistikaya görə, qəzaların 60% sürət məhdudiyyəti olan yollarda baş verir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.