Maraqlı

Qulaqlıqlar təhlükəli silah kimi istifadə edilə bilər

14 Avqust 2019 23:50
0 Şərh     Baxış: 1 108

Müasir səs cihazlarının çoxu hakerlər tərəfindən silah kimi istifadə oluna bilər.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə kibertəhlükəsizlik sahəsində tədqiqatçı Mett Viksi bildirib.

Araşdırmalar nəticəsində M.Viksi müəyyən edib ki, bir çox qulaqlıq, kompyuter və smartfon dinamikləri haker hücumuna məruz qala bilər.

Mütəxəssis tədqiqat nəticəsində həyata keçirdiyi hücum zamanı "Wi-Fi" və "Bluetooth" şəbəkələrini skan edib, zəif yeri olan qoşulmuş qurğuları müəyyən edən proqram təminatından istifadə edib.
M.Viksi cihazlara daxil olduqda insan üçün təhlükə törədən siqnalları müxtəlif fasilə ilə səsləndirib. Səslər çaşqınlıq hissi, qıcıqlıq və hətta eşıtmə qabiliyyətinin zədələnməsinə səbəb ola bilər. Bəzi hallarda səsləndirilən siqnallar həmin qurğuları belə sıradan çıxarıb.

Tədqiqatçı qeyd edib ki, zəiflikləri aradan qaldırmaq üçün cihaz istehsalçıları ilə əməkdaşlıq edir.

Bundan əvvəl məlum olub ki, milyonlarla "Instagram" istifadəçisi gizlicə izlənilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.