Maraqlı

Mahnısı ilə rekord qıran əcnəbi dicey qəzada öldü

12 Avqust 2019 21:14
1 Şərh     Baxış: 1 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DJ Arafat və Arafat Muana ləqəbləri altında çıxış edən musiqiçi Anj Didye Huon 33 yaşında dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Əbidcan şəhərində baş verən yol-nəqliyyat hadisəsinin qurbanı olub. Motosikletdə hərəkət edən DJ Arafat avtomobilə çırpılıb. Musiqiçi dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, reanimasiya şöbəsində vəfat edib.

Qeyd edək ki, Anj Didye Huon 1986-cı il yanvarın 26-da anadan olub. O, dicey, müğənni və rəqs sənəti ilə məşğul olub.

DJ Arafatın "Moto Moto" adlı mahnısına çəkdirdiyi klipi Yutubda 1 sutka ərzində 1 milyondan çox baxış sayı toplamışdı. Musiqiçinin karyerası ərzində 11 studiya albomu işıq üzü görmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.