Maraqlı

Dünyanın ən yaxşı hava limanı...

12 Avqust 2019 18:10
0 Şərh     Baxış: 1 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Staşer" şirkəti dünyanın ən yaxşı hava limanlarının siyahısını hazırlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, 106 hava limanında aparılan araşdırmada qidalanma, park ödənişləri, uçuş müddətini gözləmə vaxtı, şəhər mərkəzinə uzaqlığı və mağazaların əlçatanlığı kimi kriteriyalar əsas götürülüb.

Siyahıda ilk yeri Rusiyanın paytaxtı Moskvadakı "Şeremetyevo" Beynəlxalq Hava Limanı tutub.

İkinci yerdə Londonun "Hitrou", üçüncü yerdə isə Trinidadın "Pirako" və "Tobaqo" hava limanları qərarlaşıb.

Ən komfortlu 10 hava limanları arasında Danimarka, Kolumbiya, Avstraliya, Kanada və Qətərin hava limanları yer alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.