Maraqlı

Kofe hazırlayanda bu səhvləri etməyin

17 Avqust 2019 21:20
0 Şərh     Baxış: 1 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çoxları hər səhər günə qəhvə içməklə başlayır. Səhərlər içilən qəhvənin sağlamlıq üçün bir çox faydalarının olduğu bildirilir. Amma qəhvə hazırlayan zaman səhvə yol verilərsə, bu həm məhsulun dadına, həm də keyfiyyətinə təsir edir, həm də orqanizm üçün faydasını sıfıra endirir.

Mütəxəssislər bu içkinin faydalı olmasını təmin edən bir sıra sadə məsləhətlər veriblər.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, qəhvə dəmləmək üçün çirkli sayılan, birbaşa krandan götürülən sudan istifadə etmək olmaz. Ələlxüsus da qəhvə üçün xlorlu sudan istifadə olunmamalıdır.

Qəhvə nə qədər bahalı və keyfiyyətli olsa da həmin su içkini korlayacaq.

Bundan başqa, qəhvə dəmləmək üçün isti sudan istifadə etmək tövsiyə olunmur.

Qəhvəni soyuducuda saxlayırsınızsa, dəmləməzdən əvvəl suda islatmaq lazımdır.

Qəhvə yalnız su, işıq, istilik və soyuq olmayan yerdə, normal temperaturda saxlanmalıdır.

Qəhvənin dadlı olmağınızı istəyirsinizsə, 170 ml suya iki çay qaşığı qəhvə tökün.

3-4 qaşıq qəhvə əlavə etməyə dəyməz.

Qəhvə yalnız düzgün hazırlandığı təqdirdə faydalı xüsusiyyətlərə malik olur, əks halda onu içməyə dəyməz. Qəhvə ilə eyni vaxtda nə qara, nə yaşıl çay için, çünki onların da tərkibində kofein var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.