Maraqlı

Artıq çəkini, qəbizliyi aradan qaldıran, ürəyi, gözləri qoruyan məhsul

17 Avqust 2019 21:15
2 Şərh     Baxış: 2 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balqabağın dünyada 700-ə qədər növü var. Azərbaycanda da balqabağın müxtəlif sortları yetişdirilir. Dünyanın əksər ölkələrində balqabaq sağlamlıq üçün ən faydalı məhsullardan sayılır. Balqabağın tumları belə, bir sıra xəstəliklərin dərmanı hesab olunur.

Bəs balqabağın əsas faydaları nələrdir?

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, balqabaq ən lifli qidalardan biridir. Bu səbəbdən uzun zaman tox saxlayır, ona görə də dietik məhsul sayılır. Artıq çəkidən azad olmaq istəyənlər üçün balqabaq möcüzəli qida hesab olunur.

Balqabaq vitamin deposudur. Ən çox C, K və E vitaminləri ilə çox zəngin olan bu məhsul həm də maqnezium və dəmir qaynağı hesab olunur.

Həzmlə bağlı problemi olanların balqabaq yemələri məsləhətdir.

Balqabaq dəriyə çox müsbət təsir göstərir. Dərinin cavan qalması üçün tez-tez balqabaq yemək lazımdır. Tərkibindəki C vitamini və kollagen sayəsində daha gənc görünməyə yardım edir. Dərinin bərpası və ləkəsiz dəri üçün balqabaqdan hazırlanan qarışımlardan istifadə etmək olar.

Balqabaq göz sağlamlığı üçün çox faydalı sayılır. A, B, C vitaminləri sayəsində bu məhsulun gözlərə çox yaxşı təsir etdiyi isbatlanıb.

Balqabaqda olan karoten maddəsi ürək sağlamlığı üçün ideal qidalardan sayılır və xolesterinin səviyyəsinin normada qalmasına yardımçı olur.

Mütəxəssislərin apardığı araşdırmalar göstərir ki, balqabaq prostatda yaranan problemlər, prostatitlər zamanı şəfa mənbəyi sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.