Maraqlı

Bir anın içində Quran hafizi olan insan

13 Avqust 2019 20:50
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əbu Əmr əcəm idi və Zadan ləqəqi ilə məşhur idi. O, İmam Əlinin (ə) yaxın səhabələrindən hesab olunurdu.

Səyid Xəfaf nəql edir: "Eşitmişdim ki, Zadan çox qəmli və gözəl avazla Quranı oxuya bilir. O, əcəmi olduğu üçün belə bir sual verdim: "Sən Quranı çox gözəl oxuyursan, kimdən öyrənmisən?".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Zadan dedi: "Bir gün Əmirəl-möminin (ə) mənim yanımdan keçirdi. Mən də şeir oxuyurdum, səsim də yaxşı idi. Belə ki, Həzrət (ə) səsimin gözəlliyindən heyrətə gəlmişdi. Mənə buyurdu: "Ey Zadan! Quranı niyə oxumursan?".

Dedim: "Quran qiraətini bilmirəm, ancaq namazda vacib olanları bilirəm".

Həzrət (ə) mənə yaxınlaşdı və qulağıma bir kəlam dedi ki, mənasını başa düşmədim. Sonra buyurdu: "Ağzını aç".

Sonra öz mübarək ağız suyundan götürüb, sürtdü. Həzrət (ə) məndən bir addım belə aralanmamışdı ki, hiss etdim, bütün Quranı əzbər bilirəm. Ondan sonra Quranı öyrənmək üçün heç kəsə ehtiyacım qalmadı.

Səyid deyir: "Bu hadisəni İmam Baqirə (ə) nəql etdim. Həzrət (ə) buyurdu: "Çünki Əmirəl-möminin (ə) Allahın əzim adını çəkərək dua etmişdir. Və bu cür dua geri qayıtmaz ".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.